📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Misir kəşfiyyatı İsrailə dəfələrlə xəbərdarlıq edib" - KİV

2023-10-09 14:52:20

İsrail Misirin Qəzzada terror qruplaşmasının “böyük bir şey” planlaşdırdığına dair dəfələrlə etdiyi xəbərdarlıqlarına məhəl qoymayıb.

APA xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən Misirin kəşfiyyat rəsmisi "Associated Press"ə bildirib. \Misir rəsmisi deyib ki, tez-tez İsrail və HƏMAS arasında vasitəçi rolunu oynayan Misir israillilərlə dəfələrlə “böyük bir şey”in gözlənildiyi barədə məlumat verib.

Onun sözlərinə görə, İsrail rəsmiləri diqqətlərini İordan çayının qərb sahilinə yönəldib və Qəzzadan gələn təhlükəni doğru qiymətləndirməyiblər.

“Biz onları xəbərdar etmişdik ki, vəziyyətin partlaması yaxınlaşır, bu, çox yaxında bu baş verəcək və böyük olacaq. Lakin onlar bu cür xəbərdarlıqları lazımi səviyyədə qiymətləndirmirdilər", - anonimlik şərti ilə danışan rəsmi deyib.