Misir məhkəməsi mart ayında batan batiskafın kapitanına hökm oxuyub
2025-12-31 21:23:33
Hurriyyet.az xəbər verir ki, Misir məhkəməsi mart ayında batan rusları daşıyan batiskafın kapitanına hökm oxuyub. Bu barədə “RİA Novosti” Misir məhkəmə mənbəyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, batiskafın saxlanmasında məsul olan ikinci təqsirləndirilən şəxs altı ay həbs cəzasına məhkum edilib.
45 turisti daşıyan "Sinbad" batiskafı martın 27-də Misirdə batıb. İnsanların əksəriyyəti xilas edilərək xəstəxanalara aparılıb, lakin iki uşaq da daxil olmaqla altı sərnişin sağ qalmayıb.
Hurriyyet.az