📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı AÇIQLAMA

2026-11-26 20:52:17

Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı AÇIQLAMA

“Yeni rektor Məleykə xanıma əlimizdən gələn köməyi edəcəyik”.

Keçmiş təhsil naziri, BDU-nun Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri Misir Mərdanov bunu Bakıvaxtı.az-a açıqlamasında deyib.

O bildirib ki, yeni rektorun təyinatına hörmətlə yanaşırlar və onun fəaliyyətinin müsbət nəticələr verəcəyinə inanırlar: 

“Təyinata hörmətlə yanaşırıq. Düşünürəm ki, hər şey daha yaxşı olacaq. Yeni rektor Məleykə xanıma əlimizdən gələn köməkliyi edəcəyik”.

Qeyd edək ki, Məleykə Abbaszadə noybarın 19-da Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.