Misir Prezidenti Azərbaycana gəldi - Fotolar
2023-01-27 15:34:00
Misir Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-də Azərbaycana səfərə gəlib.
Hurriyyet.az xəbər verir ki, Azərbaycanın və Misirin Dövlət Bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Misir Prezidenti Əbdülfəttah Əs-Sisini hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
