Misir Prezidenti Azərbaycana gələcək
2023-01-25 12:58:00
Əvvəl İrəvana gedəcək, sonra Bakıya gələcək
Hurriyyet.az xəbər verir ki, hazırda Hindistanda səfərdə olan Misir Prezidenti Əbdülfəttah əs Sisinin yaxın günlərdə Azərbaycana gələcək.
"Sputnik Armenia" agentliyinin Ermənistanın Prezident Administrasiyasından aldığı məlumata görə, Sisi regiona səfəri çərçivəsində ilk dəfə Ermənistana gedəcək və həmkarı Vahaqn Xaçaturyanla görüşəcək.
Məlumatda onun İrəvandan sonra Bakıya səfər edəcəyi bildirilir.
Hürr Tərcüman