Misir Prezidenti: “Buğdanı Yusif peyğəmbərin üsulu ilə saxlayacağıq”
2022-05-23 11:25:00
Hurriyyet.az "Star" nəşrinə istinadla xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs Sisis Rusiya-Ukrayna müharibəsi səbəbindən taxılın bahalaşması və qıtlaşması ehtimalı ilə əlaqədar ölkənin ərzaq təhlükəsizliyi üçün buğda ehtiyatı saxlamaq məsələsinə diqqəti artıracaqlarlarını bildirib.
Misir buğda ehtiyatlarını keyfiyyətli şəkildə saxlamaq yollarını araşdırır.
Prezident Sisi Həzrəti Yusif dövründəki qıtlığı xatırladaraq, Yusif peyğəmbərin buğda saxlamaq üsuluna əsaslanacaqlarını bildirib.
Misir 9 milyon tonu yerli istehsal, 14 milyon tonu isə idxal olmaqla, ildə orta hesabla 23 milyon ton buğda istehlak edir və dünyanın ən böyük buğda istehlakçılarından biri hesab edilir.
Hürr Tərcüman