📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Misir Prezidenti Türkiyəyə gedir - mühüm sazişlər imzalanacaq

2024-09-03 18:44:55

Misir Prezidenti Türkiyəyə gedir - mühüm sazişlər imzalanacaq

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Misir Prezidenti Əbdül Fəttah əs Sisi sentyabtın 4-də Türkiyəyə rəsmi səfər edəcək. Səfər çərçivəsində Qəzza bölgəsindəki vəziyyətin və iki ölkə arasındakı münasibətlərin müzakirə olunması planlaşdırılıb.
Türkiyə ilə Misir arasında yüksək səviyyəli strateji əməkdaşlıq Şurasının iclasında müdafiə, energetika, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrində 20-yə yaxın razılaşmanın imzalanması gözlənilir.
Bu razılaşmalar sayəsində iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin 15 milyard dollara qədər yüksəldilməsi planlaşdırılır.
Hürr Tərcüman