Misir Qəzza ilə sərhəd məntəqəsini açıb – əcnəbilər və yaralılar üçün
2023-11-01 14:21:01
Hurriyyet.az xəbər verir ki, Misir Qəzza zolağı ilə sərhəddəki “Rəfah” sərhəd-buraxılış məntəqəsini bölgədən evakuasiya edilən əcnəbilər üçün açıb. Məlumatı AFP agentliyi yayıb. Misirdən verilən açıqlamaya görə, 450 nəfər xarici vətəndaşın məntəqə vasitəsi ilə Qəzza bölgəsini tərk etməsi nəzərdə tutulub.
Həmçinin, Qəzzadan təcili yardım maşınları vasitəsilə 80 nəfərə qədər ağır yaralı fələstinlinin çıxarılacağı bildirilir. Artıq xəstələrin bölgədən çıxarılması başlanıb.
Hürr Tərcüman