📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Misir: “Refah sərhəd məntəqəsi açıldı”

2023-10-12 14:52:51

Misir: “Refah sərhəd məntəqəsi açıldı”

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Misirin Xarici İşlər Nazirliyi blokadada qalmış Qəzza sektoruna beynəlxalq humanitar yardımın Sina yarımadasının şimalındakı Əl Ariş hava limanına yönləndirildiyini bildirib.

İsrail ordusu, blokadaya alınmış Qəzza sektorunun Misirlə əlaqə yarada bildiri Refah sərhəd məntəqəsinin ərazisini hədəfə almışdı. İsrailin Kanal 12 televiziyasının “İks” şəbəkəsinin verdiyi xəbərə görə, Tel-Əviv Misiri “Qəzzaya tədarük göndərsəniz, yük maşınlarını vurarıq” mesajı göndərib. Hücumdan sonra Misir Qəzza ilə sərhəddəki Refah keçid məntəqəsini bağlamışdı.

Misir XİN tərəfindən bu gün verilən açıqlamada həmin sərhəd məntəqəsinin açıldığı bildirilir.

Hürr Tərcüman