Misir-Türkiyə münasibətləri – on ildən sonra ilk dəfə
Hurriyyet.az xəbər verir ki, Misirin Xarici İşlər naziri Sameh Şükri fevralın 27-də Suriya ilə Türkiyəyə rəsmi səfərə başlayacaq.
Bu barədə açıqlamanı Misir XİN-in rəsmi təmsilçisi Əhməd Əbu Zeyd öz rəsmi “Feysbuk” səhifəsində verib.
Açıqlamada deyilir: “S.Şükri fevralın 6-da baş vermiş, böyük itkilərə səbəb olmuş zəlzələ ilə əlaqədar Misirin iki ölkə ilə və qardaş xalqlarla həmrəyliyini bildirmək niyyətindədir”. Misir XİN rəhbəri Suriya və Türkiydə keçirəcəyi görüşlər zamanı Misirin hər iki ölkənin təbii fəlakətə məruz qalmış bölgələrindəki zərərçəkənlərə yardım etməyə hazır olduğunu bildirəcək.
Qeyd edək ki, 2013-cü ilin yayında (İslamçı Müsəlman Qardaşlar təşkilatının nümayəndəsi) Prezident Məhəmməd Mursinin devrilməsindən sonra ölkələr arasındakı münasibətlər xeyli pisləşmişdi. 23 noyabr 2013-cü il tarixində Misir rəhbərliyi Türkiyədəki səfiri geri çağırmış və Türkiyənin Qahirədəki səfirini arzuolunmaz şəxs (persona non qrata) elan etmişdi.
Hürr Tərcüman