📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Misirin paytaxtı daha Qahirə şəhəri olmayacaq

2021-10-26 17:37:00

Misirin paytaxtı daha Qahirə şəhəri olmayacaq

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, Misir dövlətinin hökuməti yeni paytaxta köçürüləcək. Yeni paytaxtın indiki paytaxt Qahirə şəhərinin 20 kilometrliyində tikilməsi planlaşdırılır. Şəhərə ad qoyulması, rəmz və şüar seçilməsi üçün müsabiqə elan edilib.

Ölkənin inzibati paytaxtında nazirliklər, parlament, hökumət müəssisələri yerləşdiriləcək. 700kvdrat kilometrlik sahədə salınacaq şəhərin ilk sakinlərinin 5,5 milyon nəfər olması planlaşdırılır. Onlardan 40-50 min nəfəri dövlət qulluqçusu olacaq.

Artıq şəhərdə Afrikanın ən hündür binası – Iconic Tower (385 м) tikilir. 2026-cı ildə şəhərdə, Dubaydakı Bürc Xəlifədən də hündür –  830 metrlik göydələnin ucaldılması planlaşdırılır.

Ağıllı şəhərdə insfrastruktur avtomotik idarə ediləcək, bütün hesablaşmalar kartla aparılacaq. Evlərin damında günəş batareyaları quraşdırılacaq.

 

Hürr Tərcüman