Misirli jurnalist: “Ermənistanda niyə türk yoxdur?”
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, misirli jurnalist Sabır Meşhur öz “Yutub” (YouTube) kanalında “Ermənistanda niyə heç müsəlman yoxdur?” adlı video paylaşıb.
Qeyd edək ki, hazırda Ermənistanda bir nəfər də olsun türk yaşamır. Lakin Türkiyədə 150 min nəfərə qədər Ermənistan ermənisi qeydiyyatsız şəkildə yaşayır və işləyir.
Hələ Türkiyə vətəndaşı olan ermənilər bu statistikaya daxil edilməyib. Türkiyədə bu günə qədər heç bir erməniyə “sən ermənisən” deyə ayrı-seçkilik qoyulmayıb, onlar Türkiyə vətəndaşı olan başqa millətlərin nümayəndələri ilə eyni hüquqlara malik şəkildə yaşamaqdadırlar. Halbuki, vaxtı ilə İrəvan əhalisinin 80 faizi müsəlman türklərdən ibarət olub. Lakin indi orada bir nəfər də olsun, türk yaşamır. Bu rəqəmlər belə kimin kimə soyqırım etdiyini göstərir, lakin hələ də qondarma “erməni soyqırımı” yalanından Türkiyə dövlətinə təzyiq göstərmək üçün istifadə edilir.
Hürr Tərcüman