📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

MİT İraqda PKK üzvünü yaxaladı

2023-02-28 19:49:00

MİT İraqda PKK üzvünü yaxaladı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, xüsusi xidmət orqanları 12 terror aktının təşkilatçısını İraqda yaxalayaraq Türkiyəyə gətiriblər.

Türkiyənin cənubişərqində törədilmiş 12 terror aktının təşkilində ittiham edilən PKK terrorçusu Ramazan Güneş İraqın Süleymaniyyə şəhərində MİT (Milli Kəşfiyyat Təşkilatı) əməkdaşları tərəfindən yaxalanıb.

İttihama görə, o, 2011-2017-ci illərdə Hakkari vilayətinin Çuxurca rayonunda törədilən, 60 nəfər təhlükəsizlik əməkdaşının, o cümlədən 57 hərbçinin ölümünə səbəb olan terror aktlarının təşkilatçılarındandır.

Hürr Tərcüman