MİT İraqın şimalında yeni əməliyyat keçirib - PKK/KCK-nin rəhbər şəxsi məhv edilib
2023-05-05 13:26:00
Türkiyənin Milli İstihbarat Təşkilatı(MİT) İraqın şimalında, Qara ərazisində yeni əməliyyat keçirib.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının rəhbər şəxsi Neçirvan Seven məhv edilib.
Onun qruplaşma logistika məsələlərindən məsul olduğu bildirilib.
