Mixail Podolyak: Belarus, Krım, Dnestryanıdan Ukraynaya təhdid var
Ukrayna hakimiyyəti Belarus, Krım, Dnestryanıdan gələn təhdidkar qeyri-adekvat risklərə yaxşı bələddir və vəziyyəti nəzarətdə saxlayır. “Ukrinform” xəbər verir ki, bu barədə Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak "TV8" telekanalının "Cutia Neaqra" proqramında bildirib.
“Biz hər tərəfdən-Belarusdan, Krımdan, Dnestryanıdan gözlənilən riskləri çox yaxşı bilirik. Biz bütün riskləri təhlil edirik, bu ərazilərdən təhdidkar davranış olarsa cavab vermək üçün lazım olan hər şey var. Hər şey nəzarət altındadır, Ukrayna riskləri yaxşı bilir, vəziyyəti nəzarətdə saxlayır”, deyə Podolyak açıqlayıb. Podolyakın sözlərinə görə, beynəlxalq hüquqa tabe olmayan istənilən tanınmamış ərazi özündə müstəsna risk daşıyır.
O əlavə edib ki, Rusiyanın başqa ölkədə münaqişəni gərginləşdirə biləcəyini deməyə hazır deyil. Podolyak həmçinin qeyd edib ki, investorlar və ölkənin Avropa bazarlarında perspektivlərinin yaxşılaşdırılması üçün Ukraynanın ərazi bütövlüyü son dərəcə vacibdir.
Ülviyyə, Hurriyyet.az