📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mixail Saakaşvili zəhərləndi

2022-11-19 16:04:00

Mixail Saakaşvili zəhərləndi

Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixail Saakaşvili zəhərlənib.

Bunu sabiq prezidentin vəkili Valeri Gelbaxiani bildirib. 

O qeyd edib ki, Saakaşvilidə zəhərlənmə əlamətləri var. Zəhərlənmənin  hansı maddələrdən baş verməsinə dair araşdırmalar davam edir.

Xatırladaq ki, 2021-ci il oktyabrın 1-də Mixail Saakaşvili öz feysbuk hesabında ölkəyə qayıtması ilə bağlı videomüraciət paylaşmış və elə həmin günün axşamı saxlanılmışdı. (Qafqazinfo)