📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

MM Azərbaycanın Somali və Uqanda ilə vizadan qarşılıqlı azad edilməsi sazişlərini təsdiqləyəcək

2025-12-27 19:56:31

MM Azərbaycanın Somali və Uqanda ilə vizadan qarşılıqlı azad edilməsi sazişlərini təsdiqləyəcək

Milli Məclis Azərbaycanın Somali və Uqanda arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında müvafiq sazişləri təsdiqləyəcək.

Bu barədə müvafiq qanun layihələri parlamentin payız sessiyası üzrə dekabrın 30-da keçiriləcək sonuncu plenar iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, iclasın gündəliyində, ümumilikdə, 15 məsələnin müzakirəsi var. \\Report