📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

MN-in Mətbuat xidməti ləğv edildi

2024-09-17 16:41:06

MN-in Mətbuat xidməti ləğv edildi

Müdafiə Nazirliyində Mətbuat xidməti ləğv edilib.

Hurriyyet.az Trend-ə istiandən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Bu barədə məlumatı nazirlikdən təsdiq ediblər.

Bildirilib ki, Müdafiə Nazirliyinin kommunikasiya resurslarının mərkəzləşdirilmiş qaydada və Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq tətbiqi məqsədilə xidmətin əvəzinə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb. İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov təyin edilib.

Qeyd edək ki, polkovnik Eyvazov bu təyinata kimi nazirliyin Mətbuat xidmətinin rəisi idi.