📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

MN məlumat yaydı: Ordumuz atəş açmayıb!

2022-11-10 14:25:00

MN məlumat yaydı: Ordumuz atəş açmayıb!

Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Noyabrın 10-u saat 10:30-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb", - məlumatda qeyd edilib.