📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Modest Kolerov Zəngəzurun Azərbaycana birləşəcəyi haqda dezinformasiya yayır" - ƏRƏSTUN ORUCLU

2023-10-19 12:49:44

"Kremlin ən mürtəce "siyasi texnoloq"larından biri, tipik rus şovinisti olan bu şəxs Azərbaycanı faşist Almaniyası ilə eyniləşdirib"

"Kremlin ən mürtəce "siyasi texnoloq"larından, əslində isə adi qaydasız təbliğatçısı olan Modest Kolerov Azərbaycanın Zəngəzuru guya özünə birləşdirəcəyi haqda sərsəm açıqlama verib, bizdəki xeyli media resursu da onu tirajlayır". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Ərəstun Oruclu bildirib.

Siyasi şərhçinin sözlərinə görə, Modest Kolerov tipik rus şovinistidir və onun daim Azərbaycanla əlaqələri olub: "Belə ki, başqa bir Kreml "texnoloqu" Qleb Pavlovskiy ilə birlikdə Azərbaycanda seçkilərin saxtalaşdırılması, siyasi rəqiblərə qarşı çirkli təbliğat və s. məsələlərdə fəal iştirak edib. İndi bu yaramaz Azərbaycandan rus "sülhməramlılarının" tezliklə çıxacağı, Zəngəzurun Azərbaycana birləşəcəyi haqda dezinformasiya yayır, bizimkilər isə onu mahiyyətinə varmadan tirajlayırlar. Halbuki, Modest Kolerov Zəngəzurun Azərbaycana birləşəcəyini "anşlüz" adlandırır, bizimkilər də bunu məmnuniyyətlə yayırlar. Anşlüz, yəni faşist Almaniyasının Avstriyanı özünə birləşdirməsi, konkret halda isə Azərbaycanın faşist Almaniyası ilə eyniləşdirilməsidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az