📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Modriç gedir, yoxsa qalır? - Dəqiqləşdi

2024-05-22 21:43:13

Modriç gedir, yoxsa qalır? - Dəqiqləşdi

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriçin gələcəyinin necə olacağı müəyyənləşib.

Məlumatı "Marca" yayıb.

38 yaşlı xorvatın "Kral klubu" ilə birmövsümlük müqavilənin şərtlərini razılaşdırdığı bildirilib. 

Modriç 2012-ci ilin yayından "Real"ın uğurları üçün çalışır. Cari mövsüm İspaniya nəhənginin forması ilə bütün turnirlərdə 44 oyuna çıxan təcrübəli oyunçu 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 8 milyon avro ilə dəyərləndirir. \\Fanat.Az