📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Möhsün Nağısoyluya yeni vəzifə verildi

2021-10-09 11:46:00

Möhsün Nağısoyluya yeni vəzifə verildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru, akademik Möhsün Nağısoyluya yeni vəzifə verilib.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, M.Nağısoylu AMEA prezidentinin humanitar sahə üzrə müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, 75 yaşlı M.Nağısoylu oktyabrın 1-də Dilçilik İnstitutunun direktoru vəzifəsindən azad olunub.