📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Molde" - "Qarabağ" oyununa satılan bilet sayı müəyyənləşdi

2023-11-30 21:59:29

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Molde" - "Qarabağ" oyununa satılan bilet sayı bəlli olub.

Hurriyyet.Az xəbər verir ki, "Aker" stadionunda baş tutacaq qarşılaşmaya 5 214 bilet satılıb.

11 200 tamaşaçı tutumuna malik arenada tribunaların yarısının boş qalması gözlənilir. Matçda azsaylı azərbaycanlı azarkeşlər də "Qarabağ"a dəstək verəcəklər.

Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda "Qarabağ" və "Molde" hərəyə 6 xalla müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşıblar. \\Report.Az