📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moldova Aİ ilə bağlı planlarını açıqlayıb

2024-06-26 14:15:08

Moldova Aİ ilə bağlı planlarını açıqlayıb

Moldovanın Baş naziri Dorin Reçan bildirib ki, bir qədər iddialı səslənsə də, ölkə 2030-cü ilə qədər Avropa İttifaqının üzvü olmağı planlaşdırır.
Bu barədə "İnterfaks" agentliyi məlumat verib.
Moldovanın Aİ-yə daxil olması danışıqlarının başlanması ilə əlaqədar Lüksemburqda keçirilən hökumətlərarası konfransdan sonra jurnalistlərə açıqlama verən Reçan deyib: "Biz Moldovanın 2030-cü ilə qədər Avropa ölkəsi olmasına və bütün vətəndaşlarımızı özlərini avropalı kimi hiss etmələrinə hazır olmalıyıq. Bu gün başlanan danışıqlar texniki və mürəkkəb prosesdir, onun əsas hədəfi - Moldova ilə Avropa İttifaqının siyasətlərinin koordinasiyası ilə vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsidir".
 Hürr Tərcüman