📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moldova Aİ ilə Rusiya arasında bölünə bilər

2024-05-29 15:52:14

Moldova Aİ ilə Rusiya arasında bölünə bilər

Aİ səfiri Moldovanın Dnestryanı olmadan Avropa İttifaqına daxil ola biləcəyini istisna etmir
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqının Kişinyovdakı nümayəndə heyətinin başçısı Yanis Majeytks Aİ rəhbərliyinin  Moldovanın tanınmamış Dnestryanı bölgəsi olmadan Avropa İttifaqına daxil ola biləcəyini istisna etmədiyini söyləyib. Onun sözlərinə görə, Brüsseldə Moldovanın Aİ-yə daxil olmasının Rusiya tərəfindən dəstəklənən Dnestryanı separatçıları ilə problemin həllindən asılı olmasını istəmirlər.
Hürr Tərcüman