📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moldova Avropa İttifaqına daxil olmaq üçün müraciət etdi

2022-03-04 13:28:00

Moldova Avropa İttifaqına daxil olmaq üçün müraciət etdi

Hurriyyet.az TRT Avaz kanalına istinadla xəbər verir ki, Moldova Prezidenti Mayya Sandu ölkəsinin Avropa İttifaqının üzvlüyünə qəbul edilməsi üçün hazırlanmış rəsmi müraciəti imzalayıb.

Sandu paytaxt Kişinyov şəhərində keçirilən mətbuat konfransında Moldovanın xarici siyasəti barəsində açıqlamalar verərkən deyib: “Moldova Avropanın yolu ilə getməlidir. Bu əsas milli hədəfə çatmaq üçün hər şeyi etməyə hazırıq. Moldovanın Avropa İttifaqına qəbul edilməsi istiqamətində addımlar atmağa hazırıq. Bu, ölkəmizin gələcəyini Aİ ilə birlikdə görən vətəndaşlarımızın seçimidir”.

Bəlli olduğu kimi, bu günlərdə Gürcüstan da Avropa İttifaqına (Aİ) üzv olmaq üçün ərizə petisiyasını müvafiq qurumlara göndərib.

Hürr Tərcüman