📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moldova Prezidenti: “Putini həbs edəcəyik”

2023-05-23 14:47:00

Moldova Prezidenti: “Putini həbs edəcəyik”

Hurriyyet.az xəbər verir ki, Moldova Prezidenti Mayya Sandu “Euronews Romania” kanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin respublikaya səfər ediləcəyi təqdirdə ölkənin hüquq-mühafizə orqları tərəfindən həbs ediləcəyini bəyan edib.

O, Moldova polisinin Beynəlxalq Cinayət Məhkəməsinin qərarını yerinə yetirəcəklərini bildirib: “Moldova Respublikası Beynəlxalq Cinayət Məhkəməsi barəsində razılaşmanı imzalayıb və Moldova Məhkəmənin qərarına hörmət edəcəkdir”.

Bəlli olduğu kimi, Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbs edilməsi barəsində hökm çıxarıb.

Hürr Tərcüman