📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moldova Prezidenti: “Rusiya bizim hava sərhədlərimizi pozub”

2022-10-11 16:07:00

Moldova Prezidenti: “Rusiya bizim hava sərhədlərimizi pozub”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Moldova Prezidenti Mayya Sandu Rusiyadan respublikanın sərhədlərinə hörmətlə yanaşmağı tələb edib.

MOLDPRES nəşrinin yazdığına görə, bu tələbin səslənməsinin səbəbi ölkənin hava məkanının sərhədlərini Rusiyanın Ukrayna istiqamətinə atdığı üç qanadlı raketin pozmasıdır.

Moldova Prezidenti Rusiya Silahlı Qüvvələrinin bu hərəkətini ölkənin neytrallığının və hava məkanının kobud şəkildə pozulması adlandırıb.

Mayya Sandu deyib: “Rusiya mülki obyektlərə və əhali üçün olduqca mühüm olan infrastruktur obyektlərinə güclü raket zərbələri endirib. Günahsız insanların bombalanması və öldürülməsi – hərbi cinayətdir və biz bunu qətiyyətlə pisləyirik. Hücumun gedişində bir neçə raket icazəsiz olaraq ölkəmizin hava məkanını pozub. Moldova Respublikası – sülhsevər, başqa ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşan ölkədir. Biz hər dəfə bu barədə danışmışıq və bu faktı davranışımızla nümayiş etdirmişik. Buna görə də, öz sərhədlərimizə də toxunulmamasını tələb edirik”.

Hürr Tərcüman