📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Moldova Rumıniya ilə birləşməyə doğru gedir"

2024-07-05 11:55:26

Hurriyyet.az xəbər verir ki, Moldova parlamentinin keçmiş spikeri, Liberal partiyasının lideri Mixay Qimpu ölkənin müdtəqillik bəyannaməsinin Rumıniya ilə birləşmək məqsədilə yazıldığını, Avropa inteqrasiyası siyasətinin də məhz Buxarestlə eyni dövlətin tərkibində olmaq üçün aparıldığını söyləyib.
Siyasətçi "TVR Moldova" telekanalına müsahibəsində deyib: Deklarasiyanı oxusaq, onun daha çox birləşməkdən bəhs elədiyini görərik. Onun yalnız başlığında müstəqillikdən danışılır, əslində mətn hansı dildə danışdığımız, hara getməli olduğumuz barəsindədir. Bu aydın və anlaşılandır".
O, hakimiyyət tərəfindən elan edilən Avropaya inteqrasiya prosesinin də Rumıniyaya birləşməyə yönəldiyini söyləyib.
Hürr Tərcüman