Moldova Rusiya qazından imtina edib
2023-10-02 12:10:27
Hurriyyet.az xəbər verir ki, Moldova Rusiya qazından tamamilə imtina edib. Bu barədə açıqlamanı ölkənin energetika naziri verib. O, Moldovanın Rusiya qazından daha ucuz olan Avropa qazını istifadə edəcəyini bildirib.
Türkiyə mətbuatının yazdığına görə, Moldova oktyabrın 1-dən etibarən Türkiyədən keçən kəmərlə sutkada 2 milyon kubmetr həcmində qaz ixrac etməyə başlayıb.
Hürr Tərcüman