Moldova Rusiya səfirliyinin damı ilə bağlı izahat istəyir
2023-07-25 17:47:00
Hurriyyet.az xəbər verir ki, Moldovanın Xarici İşlər Nazirliyi Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsovu nazirliyə çağırmaq qərarına gəlib. Diplomatdan səfirliyin binasının damındakı “şübhəli avadanlıq” barəsində izahat tələb ediləcək. Moldova hakimiyyəti bu antenlərdən casusluq üçün istifadə edilməsinin mümkün olduğunu güman edir.
Məlumatı “Röyters” agentliyi yayıb.
Hürr Tərcüman