📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moldova Rusiya və rusiyayönlü kanalların yayımını dayandırır

2022-12-16 23:37:00

Moldova Rusiya və rusiyayönlü kanalların yayımını dayandırır

Moldova Rusiya və rusyönlü kanalların yayımını dayandırır. Bu qərarı Moldova Hökumətinin Fövqəladə Hallar Komissiyası qəbul edib.

İş burasındadır ki, müharibədən dərhal sonra ölkədə fövqəladə vəziyyət tətbiq olunub. Telekanalların lisenziyalarının fəaliyyəti isə “Ukraynadakı hadisələrin düzgün işıqlandırılmamasına görə” ifadəsi ilə qüvvədə olduğu müddətə dayandırılıb.
Beləliklə, TASS-ın məlumatına görə, Moldovada “Moldovada birinci”, “RTR-Moldova”, “NTV-Moldova” telekanallarının, həmçinin iki yerli “Orxei-TV” və “Aktsent-TV” kanallarının yayımı dayandırılacaq. 

Ülviyyə, Hurriyyet.az