Moldova təhdid altındadır - Avropa İttifaqının təmsilçisi
2022-05-06 19:05:00
Jozep Borrel açıqlama verdi
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Avropa İttifaqının rəhbərliyi Ukraynadakı müharibənin Moldovaya da keçə biləcəyindən narahatlığını bildirib. Avropa Komissiyasının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali komissarı Jozep Borrel Favropa Universitetinin Florensiya şəhərində təşkil elədiyi tədbirdə çıxış edərəkən Rusiyanın Ukraynaya qarşı müharibəsinin Moldovaya doğru yayıla biləcəyindən narahat olduğunu söyləyib.
Borrel deyib: “Biz Moldovada baş verənlərdən çox narahatıq və güman edirik ki, Rusiya tərəfindən başlanılan müharibə bu ölkənin də ərazisinə keçə bilər”.
Hürr Tərcüman