"Moldova və Rumıniyanın birləşməsi real perspektivdir"-Sabiq baş nazir
2023-03-23 12:40:00
"Moldova və Rumıniyanın birləşməsi respublikanın AB-yə daxil olmasından daha real perspektivdir". Bunu Moldovanın keçmiş baş naziri Vlad Filat deyib. “Vətəndaşların Avropaya inteqrasiya ideyası ətrafında səfərbər olunması illüziyadır. AB-yə qoşulmağın yeganə real yol olduğunu söyləmək doğru deyil.
Düşünürəm ki, iki Rumıniya dövlətinin yenidən birləşməsinə nail olmaq AB-yə daxil olmaqdan qat-qat yaxındır”, o bildirib.
Filat vurğulayıb ki, AB-yə qoşulmaq və Rumıniya yenidən birləşmə bir-birinə ziddiyyət təşkil etməməlidir.
Ülviyyə, Hurriyyet.az