📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Moldova vətəndaşlarının dərdini çəkməyin” – Sandu Lavrovun cavabını verdi

2023-03-31 15:13:00

“Moldova vətəndaşlarının dərdini çəkməyin” – Sandu Lavrovun cavabını verdi

Hurriyyet.az xəbər verir ki, Moldova Prezidenti Mayya Sandu 31 mart tarixili çıxışı zamanı Rusiyanın başqa ölkələrin deyil, öz vətəndaşlarının qayğısına qalmalı olduğunu söyləyib. Onun bu açıqlamanı verməsinin səbəbi RF XİN rəhbəri Sergey Lavrovun Moskvanın Dnestryanı zonada yaşayan 250 min nəfər soydaşı üçün məsuliyyət daşıdığını deməsi olub.

Sandu deyib: “Moldovanlar Moskvaya tabe deyillər. Biz öz taleyimizi özümüz həll edirik və öz ölkəmizi özümüzə gərək olan şəkildə yalnız özümüz qururuq. Moskvadan təhdidlər və ittihamlar elə tez-tez səsləndirilir ki, onların sayını-hesabını itirmişik. Moskva öz ölkəsindəki vətəndaşlarına görə məsuliyyət daşımalıdır, biz isə öz vətəndaşlarımıza görə məsuliyyət daşıyırıq. Burada, Moldova Respublikasında hansı addımları atacağımız isə bizim öz işimizdir”.

Sandu əlavə edib ki, “Rusiya hərbçilərinin Sol sahil ərazisindəki varlığı isə Rusiyanın imperiya xarakterindən xəbər verir”.

Hürr Tərcüman