📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moldovada fövqəladə vəziyyət rejimi davam edəcək

2023-02-02 18:43:00

Moldovada fövqəladə vəziyyət rejimi davam edəcək

Hurriyyet.az xəbər verir ki, Moldova parlamenti ölkədəki enerji böhranı ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyət rejiminin müddətini fevralın 4-dən etibarən daha 60 günlüyə uzadıb. Bu barədə məlumatı “Moldova 1” telekanalı yayıb.

Xəbər verdiyimiz kimi, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu gün Ukrayna ilə müharibədən danışarkən Moldovadan da söz açıb. Onun iddiasına görə, Qərb “növbəti Ukrayna roluna Moldovanı hazırlayır və bu ölkənin Prezidenti Mayya Sandu praktiki olaraq hər şeyə hazırdır”.

Hürr Tərcüman