Moldovada müxalifət Putini təbrik edib
2024-03-18 11:23:06
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Moldovada müxalifət liderləri Rusiya Prezidenti Vladimir Putini dünən keçirilən seçkilərdəki qələbə münasibəti ilə təbrik ediblər.
Moldovanın müxalif sosialistlər partiyasının lideri İqor Dodon və müxalifətin bir neçə partiyasının dəstəklədiyi siyasətçi İlan Şor "Teleqram" şəbəkəsindəki hesablarında Vladimir Putini prezident seçkilərindəki qələbəsi münasibəti ilə təbrik ediblər və iki ölkə arasındakı münasibətlərin tezliklə bərpa olunmasını arzuladıqlarını bildiriblər.
RF MSK-nın rəsmi saytındakı məlumata görə, protokolların 99,43 faizinin nəticələrinə görə, indiki prezident Vladimir Putin seçkilərdə 87,32% səs toplayıb.
Hürr Tərcüman