📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moldovada prezident seçkiləri ikinci dəfə keçiriləcək - Qərb tərəfdarları azalır

2024-10-21 13:26:41

Moldovada prezident seçkiləri ikinci dəfə keçiriləcək - Qərb tərəfdarları azalır

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Moldovada prezident seçkilərinin növbəti mərhələsi noyabrın 3-də keçiriləcək. 
Moldovanın Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karaman mediaya açıqlamasında 11 nəfər namizəddən heç birinin 50%-dən artıq səs toplamadığını bəyan edib.
Səslərin 98,56%-nin hesablanmasından sonra Moldovanın indiki Prezidenti Mayya Sandunun səslərinin 42,07%-nin, keçmiş baş prokuror, Sandunu Moskva ilə əks cəbhədə durmaqda ittiham edən Aleksandr Stoyanoqlo isə 26,27% səs toplayıb.
Qaqauziya muxtariyyətinin keçmiş başçısı İrina Vlax 5,44% səs toplayıb.
Hürr Tərcüman