Moldovanın Aİ üzvü olması yolunda addım atıldı
2024-06-21 13:05:58
Moldova Prezidenti Mayya Sandu Moldovanın Avropa İttifaqına daxil olması barəsində danışıqların başlanması ilə bağlı fərman imzalayıb.
Bu barədə "Sputnik Moldova" agentliyi məlumat verib.
Qeyd edək ki, respublika parlamentinin qərarı ilə oktyabrın 20-də Moldovada prezident seçkiləri keçiriləcək. Hakim RAS partiyası da elə həmin gündə Avropa İttifaqına daxil olmaqla bağlı referendum keçirilməsini qərara alıb.
Hürr Tərcüman