📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moldovanın sərhəd-keçid məntəqəsinə mərmi düşüb, sərhədçi yaralanıb

2026-10-05 13:53:46

Moldovanın sərhəd-keçid məntəqəsinə mərmi düşüb, sərhədçi yaralanıb

Rusiyanın Ukrayna infrastrukturuna hücumları zamanı “Palanka” keçid məntəqəsinin yaxınlığına mərmi düşməsi nəticəsində Moldovanın bir sərhədçisi yaralanıb, sərnişin avtobusuna ziyan dəyib.

Bu barədə “IPN” Moldova Sərhəd Polisinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə ilə əlaqədar sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb. Palanka istiqamətində hərəkət məhdudlaşdırılıb.