Moldovaya raket düşdü – “Rusiya təkcə Ukrayna üçün təhdid deyil”
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Rusiyanın atdığı raket Moldovaya düşdükdən sonra Ukraynanın Xarici İşlər Nazirliyi Kiyevə müasir HHM sistemləri verməyə çağırıb. Nazirlik “Rusiyanın raket terrorunun təkcə Ukraynanın deyil, qonşu ölkələrin də təhlükəsizliyi üçün olduqca böyük təhdid olduğunu isbat elədiyini” bəyan edib.
Ukrayna XİN təmsilçisi Oleq Nikolenko deyib: “Ukrayna mümkün qədər tez bir zamanda raket və hava hücumundan müasir müdafiə sitemlərini almalıdır. Bu sistemləri insanların həyatını xilas edəcək, infrastrukturu qoruyacaq və RF-nin gələcək raket zərbələrini mümkünsüz edəcəkdir”.
Moldovanın Daxili İşlər Nazirliyinin əməkdaşları bu gün Ukrayna ilə həmsərhəd Briçanı şəhərinin yaxınlığında raket aşkar ediblər.
Bundan əvvəl isə 31 oktyabr tarixində, Rusiyanın dronu Ukraynanın zenit sistemi tərəfindən dəf edildikdən sonra Moldova ərazisinə raket qalıqları düşmüşdü. Bununla əlaqədar Moldova Rusiyanın bir diplomatını arzuolunmaz şəxs elan eləmiş, Rusiyada analoji addımla cavab vermişdi.
Oktyabrın 10-da isə azı 3 raket Moldova ərazisindən keçərək Ukraynaya yönəlmişdi. Bununla əlaqədar Rusiya səfiri Moldova XİN-ə çağrılmışdı.
Hürr Tərcüman