📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Molla Nəsrəddin LƏTİFƏLƏRİ

2021-10-29 22:22:00

Molla Nəsrəddin LƏTİFƏLƏRİ

Qorxulu dilənçi

Teymur Ləng Molla Nəsrəddinə əmr eləyir ki:

-Şəhər dolub dilənçi ilə. Özləri də elə üzlü, elə həyasız olublar ki, tutduqlarını buraxmırlar. Kağız-qələm götürüb lap o həyasızlarının siyahısını tutarsan, şəhərdən sürgün eləyəcəyəm.

Molla kağız-qələm götütüb, Teymurun öz adını birinci yazır, özünə verir. Teymur kağıza baxan kimi dəli olur. Molla deyir:

-Niyə hirslənirsən, qibləyi-aləm! Özün dedin ki, lap həyasız dilənçilərin adını yazıb sənə verim. Mən də yazdım də.. .

Teymur deyir:

Teymur Ləng Molla Nəsrəddinə əmr eləyir ki:

Molla deyir:

-Niyə hirslənirsən, qibləyi-aləm?! Cidanı çuvalda gizlətmək olmaz. Dilənçisən özü də lap həyasızından.

Teymur deyir:

-Demək sənin fikrincə, gərək mən şəhərdən sürgün olunam?

Molla deyir:

-Bəli qibləyi-aləm! O biri dilənçilər sənin kimi qorxulu deyillər. Onlar camaatdan yalvarıb-yaxarıb alırlar. Amma sən döyüb-söyüb alırsan. \\Oxu24.com