Molla rejimini təbliğ edən daha 1 nəfər həbs edildi - CASUS ŞƏBƏKƏSİ+FOTO
2023-05-22 11:20:00
Azərbaycanda İranın molla rejiminə xidmət edən və onları təbliğ edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Hurriyyet.az “MOUZE“ teleqram kanalına istinadən xəbər verir ki, bu əməliyyatların davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Beyləqan sakini Xanlar Əlizadə saxlanılıb.
Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, saxlanılan şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinir.