Molla rejimini təbliğ edən daha 3 nəfər həbs edildi - CASUS ŞƏBƏKƏSİ
2023-04-17 17:04:00
Azərbaycanda molla rejiminə xidmət edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Hurriyyet.az xəbər verir ki, teleqram kanallarında yayılan məlumata görə əməliyyat nəticəsində daha 3 casus saxlanılıb.
Məlumatda qeyd olunur ki, bu əməliyyatların davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bakının Qaradağ rayon sakini Vüqar Süleymanov, Natiq Əliyev və Kəlbəlayi Sərvər saxlanılıblar.
![]()
Musavat.com