📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mollayeva: Çempionlar Liqasında iştirak etmək “Neftçi” üçün ilk həm də “Neftçi” kimi heyəti gənc olan komanda üçün maraqlı matç olacaq

2024-07-05 16:56:42

 Mollayeva: Çempionlar Liqasında iştirak etmək “Neftçi” üçün ilk həm də  “Neftçi” kimi heyəti gənc olan komanda üçün maraqlı matç olacaq

 

“Çempionlar Liqasında iştirak etmək “Neftçi” üçün ilk olacaq”.

Bu sözləri  açıqlamasında “Neftçi” qadın komandasının müdafiəçisi Manə Mollayeva Çempionlar Liqasının püşkatması barədə danışarkən deyib.

O, ilk mərhələdə qarşılaşacaqları Avstriyanın “Sankt Polten” komandası ilə oyunun çətin keçəcəyini bildirib: “Neftçi” kimi heyəti gənc olan komanda üçün maraqlı matç olacaq. İlk oyundan maksimum nəticə əldə etmək istəyirik. Çünki burada məğlub olan kollektiv Çempionlar Liqasını tərk edir. Karyeram ərzində Rusiya “Ryazan”nın heyətində bu turnirdə iştirak etmişəm. Əvvəlki abu-havanı yaşamaq möhtəşəm hiss olacaq. Xoşbəxtəm ki, Azərbaycanı beynəlxalq arenada təmsil edəcəyik”.

26 yaşlı müdafiəçinin fikrincə, Çempionlar Liqası kimi yüksək səviyyəli turnirdə mübarizə aparmaq komandaya böyük təcrübə qazandıracaq: “Bilirəm ki, bizim oyunlar çətin keçəcək. Lakin təslim olmayacağıq və əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Neftçi” “Sankt Polten”lə sentyabrın 4-də üz-üzə gələcək. Komandamız bu oyunda uğurlu nəticə əldə edərsə, Vlajniya” (Albaniya) və “Lançxuti” (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.