📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mopedlə avtoxuliqanlıq etdi, həbs olundu - Foto

2026-08-14 13:28:38

Mopedlə avtoxuliqanlıq etdi, həbs olundu - Foto

Polis əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan şəxs saxlanılıb.

Bakı şəhər DYP İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, Xətai rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək özü və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan mopedin sürücüsü - 23 yaşlı Famil Ağayev müəyyən olunaraq saxlanılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək, baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü F.Ağayevin nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.