📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskva aeroportlarında çox sayda reys LƏĞV OLUNUB

2021-11-01 23:54:00

Moskva aeroportlarında çox sayda reys LƏĞV OLUNUB

Dumanlı hava səbəbindən Moskvanın üç hava limanında 30-dan çox reys təxirə salınıb və ya ləğv olunub.

Moskva müxbirinin “Yandex Raspisanie”yə verdiyi məlumata görə, "Vnukovo" hava limanında 1 reys gecikib, 3 reys təxirə salınıb.

"Domodedovo"da 4 reys gecikib, 12 reys ləğv olunub. "Şeremetyevo" hava limanında isə, 3 reys gecikib, 9 reys ləğv edilib.

Hidrometeorologiya mərkəzi dumanlı hava şəraiti ilə əlaqədar paytaxtda və Moskva vilayətində sarı səviyyəli hava təhlükəsini çərşənbə axşamı saat 09.00-a qədər uzadıb. \\APA