Moskva Bakı ilə İrəvanı alqışlayır və həmişə vasitəçi olmaq istəyir
Hurriyyet.az xəbər verir ki, RF XİN mətbuat təmsilçisi Rusiyanın Azərbaycanla Ermənistanın münasibətləri normallaşdırmaq istiqamətində razılamasını alqışladığını bəyan edib: “Biz Bakı ilə İrəvan arasında erməni və azərbaycanlı hərbçilərin azad edilməsi barəsindəki razılaşmanı alqışlayırıq. Rusiya ardıcıl şəkildə “hamının hamıya” prinsipi ilə saxlanılanların dəyişidirilməsi ideyasını irəli sürürdü. Bu, qarşılıqlı etibarı möhkəmləndirməyə kömək edir və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdəki kompleks üçtərəfli razılaşmalarına uyğun şəkildə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə təsir üçün yeni imkanlar açır. Biz gələcəkdə də nəqliyyat kommunikasiyalarının açılmasında, sərhədlərin delimitasiyasında, sülh müqaviləsinin imzalanmasında və vətəndaş cəmiyyəti vasitəsilə təmasların yaradılmasında hər cür köməklik etməyə hazırıq”.
Hürr Tərcüman