📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskva Bakı və İrəvanın iştirakı ilə üçtərəfli görüş istəyir – ötən dəfə Mirzoyan imtina eləmişdi

2023-01-27 21:29:00

Moskva Bakı və İrəvanın iştirakı ilə üçtərəfli görüş istəyir – ötən dəfə Mirzoyan imtina eləmişdi

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi RF, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşünü keçirməyə hazır olduğunu bildirib.

Bəlli olduğu kimi, 2022-ci ilin dekabr ayında keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş Ermənistan tərəfinin imtina etməsi səbəbindən baş tutmamışdı.

RF XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova yanvarın 27-də keçirilən brifinq zamanı Moskvanın Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşünü təşkil eləməyə hazır olduğunu söyləyib: “Bu barədə həm Bakıya, həm də İrəvana məlumat vermişik, açıqlamalar vermişdik. Hesab edirik ki, ərazidə vaxtaşırı baş verən çətinliklər danışıqlar prosesində hansısa “donmalar” üçün bəhanə verəcək əngələ çevrilməməlidir”.

Hürr Tərcüman