📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskva: "Buna görə bütün məsuliyyəti Avstriya hakimiyyəti daşıyır"

2024-03-14 13:08:29

Moskva:

Hurriyyet.az xəbər verir ki, RF XİN Avstriyanın Rusiyanın iki diplomatını "arzuolunmaz şəxs" elan etməsi qərarını pisləyib.
Nazirliyin açıqlamasında deyilir: "Rusiya tərəfi Vyananın bu növbəti qeyri-dost addımını qətiyyətlə pisləyir. Həmin addımın nəticələrinə görə məsuliyyət tamamilə Avstriya hakimiyyətinin üzərinə düşür".
Bəlli olduğu kimi, martın 13-də Avstriya XİN Rusiya səfirliyinin iki diplomatını "arzuolunmaz şəxs" adlandıraraq, "diplomatik statuslarına uyğun gəlmədikləri üçün onları ölkədən çıxaracaqlarını" bəyan edib.
Moskva bu addıma cavab verəcəyini bildirib.
Açıqlamada Avstriyanın diplomatların qovulma səbəbi ilə əlaqədar Rusiya səfirliyinə konkret fakt təqdim eləmədiyi qeyd edilir.
Hürr Tərcüman